ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Afrika Millətlər Kubokunun qrup mərhələsinin 3-cü turunun Benin və Seneqal arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun “Stade İbn Battouta” stadionunda baş tutub. Matç 3:0 hesabı ilə Seneqalın xeyrinə bitib.
Müdafiəçi Abdulay Sek 38-ci dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Hbib Diallo 62-ci dəqiqədə Seneqalın üstünlüyünü artırıb. 90+7-ci dəqiqədə yarımmüdafiəçi Şerif Ndiaye penaltidən qolu vuraraq hesabı tamamlayıb.
Qrup mərhələsinin üç oyunundan sonra Seneqalın yeddi xalı var və D qrupunda birincidir. Beninin üç xalı var və üçüncüdür. Konqo Demokratik Respublikası və Botsvana da bu qrupdadır.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.