AZ

Karlsen erməni ilə oyundakı hərəkətinə görə məğlub oldu Video

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Norveçli şahmatçı Maqnus Karlsenə Ermənistan təmsilçisi Ayka Martirosyana qarşı blits üzrə dünya çempionatı çərçivəsində keçirilən partiyada texniki məğlubiyyət verilib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı qrossmeysterin bərabər mövqedə əlilə təsadüfən lövhədə bir neçə fiquru aşırması və fiqurları yerinə qaytarmadan vaxt nəzarəti düyməsini basması olub.

Bazar ertəsi Karlsen hindistanlı Arjun Eriqaisiyə uduzub, bundan sonra masanı güclə vuraraq oyun zalını tələsik tərk edib. Bundan iki gün əvvəl isə 16-cı dünya çempionu rusiyalı Vladislav Artyomyevə məğlubiyyətdən sonra lövhədə fiqurları səliqəyə salmayıb və Norveç televiziya şirkətinin operatorunun kamerasını kənara itələyib.

Qeyd edək ki, bu gün norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub. O, finalda özbəkistanlı Nadirbek Abdusəttarovu məğlub edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
136
1
axar.az

2Mənbələr