AZ

Netanyahu Qəzzada yeni hökumətin qurulması üçün şərtini açıqlayıb

İsrailin Baş naziri Beniyamin Netanyahu Qəzza zolağında gələn il yeni hökumətin formalaşdırılmasının yalnız HAMAS-ın tərksilah edilməsi şərti ilə mümkün olduğunu bildirib.

APA xəbər verir ki, o, bu fikri Fox News telekanalına müsahibəsində səsləndirib.

“Qəzzada yeni hökumət HAMAS tərksilah edilərsə mümkündür”, – deyə Netanyahu qeyd edib.

Baş nazirin sözlərinə görə, HAMAS-ın silahlı potensialı qaldığı müddətdə Qəzza anklavında hər hansı “potensial yeni hökumət” fəaliyyətə başlaya bilməz.

Seçilən
16
2
apa.az

3Mənbələr