AZ

Böyük Britaniya, Kanada və Fransa Qəzzada humanitar vəziyyətin pisləşməsindən narahatdır

BAKI, 31 dekabr. TELEQRAF

Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsi Böyük Britaniya, Kanada, Fransa və bir sıra digər ölkələrin ciddi narahatlığına səbəb olub.

"Teleqraf" xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında bildirilib.

Məlumata görə, bölgədə ərzaq, su, tibbi yardım və əsas xidmətlərə çıxışın məhdudlaşması mülki əhali üçün kritik həddə çatıb.

Bəyanatda vurğulanıb ki, Qəzzada mülki şəxslərin, xüsusilə qadınlar və uşaqların üzləşdiyi humanitar böhran beynəlxalq humanitar hüququn tələblərinə uyğun şəkildə dərhal aradan qaldırılmalıdır. Ölkələr humanitar yardımın maneəsiz və təhlükəsiz şəkildə bölgəyə çatdırılmasının vacibliyini qeyd ediblər.

Reuters-in məlumatına görə, tərəflər İsraili və bölgədə təsir imkanları olan bütün aktorları humanitar yardımın artırılması və mülki əhalinin qorunması üçün təcili addımlar atmağa çağırıblar. Bəyanatda həmçinin davam edən hərbi əməliyyatların humanitar vəziyyəti daha da ağırlaşdırdığı bildirilib.

Qeyd edək ki, Qəzza zolağında minlərlə fələstinli gündəlik qida yardımı almaq üçün xeyriyyə mətbəxləri qarşısında növbələrdə gözləmək məcburiyyətində qalır.

Seçilən
20
teleqraf.com

1Mənbələr