AZ

Rusiya XİN: Rusiya Aİ münasibətləri Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətindən özü də zərər çəkir və Rusiya–Aİ dialoqu tam itirilməyib.

APA xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin rəhbəri Vladislav Maslennikov açıqlama verib.Onun sözlərinə görə, münasibətlər Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər.

“Rusiya ilə Aİ arasında dialoqun birdəfəlik itirildiyini düşünmürəm. Avropa Komissiyası həmişə müəyyən müddətə seçilir”, – deyə diplomat bildirib.

Onun sözlərinə görə, hazırkı Avropa Komissiyasının da “müddəti” var və bu dövr başa çatdıqdan sonra qurum yeni tərkib alacaq.

Maslennikov vurğulayıb ki, gec-tez Aİ liderləri yanaşmalarını yenidən nəzərdən keçirməli olacaqlar, çünki Rusiya Avropa qitəsində qonşu olaraq qalır və bu reallıq dəyişməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
apa.az

2Mənbələr