Bakı. Trend:
Rumıniya NATO üzvü olan Avropa ölkələrinin Kiyev üçün ABŞehtiyatlarından silah aldığı PURL (Ukrayna üçün Prioritet TələblərSiyahısı) proqramı çərçivəsində Ukraynaya silah alınması məqsədilə50 milyon avro vəsait ayıracaq.
Trend-inməlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumatyayıb.
Nazirliyin rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasındabildirilir ki, "Rumıniya hökuməti ABŞ-ın təklif etdiyi PURL-a töhfəverən ölkələrə qoşulmaq və 50 milyon avro məbləğində ianə etməkbarədə qərar qəbul edib".
"PURL mexanizmi, xüsusilə Tramp administrasiyasının müttəfiqlərarasında təhlükəsizlik məsuliyyətlərinin daha ədalətlibölüşdürülməsi yanaşması kontekstində, ABŞ administrasiyası üçünmühüm xarici siyasət və təhlükəsizlik alətidir. ABŞ tərəfi PURLvasitəsilə tərəfdaş ölkələri Ukraynanın dəstəklənməsinə birbaşa vəölçülə bilən şəkildə cəlb etməyə, eyni zamanda əlaqələndirilmişfəaliyyət çərçivəsi yaratmağa çalışır", - deyə nazirlikbildirib.