Serbiya bugünlərdə öz ordusu üçün milyard dollarlıq müqavilələr imzalayıb.
Publika.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bunu ilin sonu mətbuat konfransında açıqlayıb.
"1999-cu ildəki kimi (NATO hücumunun - red.) bir daha təkrarlanmamasını təmin etmək üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs iki dəfə düşünməlidir. Ordumuz indiyə qədər olduğundan daha güclüdür", - o vurğulayıb.
Vuçiç əlavə edib ki, Belqrad hava məkanını qorumaq üçün lazım olan hər şeyi əldə edir və növbəti üç il ərzində özünün çoxqatlı hava hücumundan müdafiə sistemini quracaq.