AZ

Azərbaycan XİN bütün azərbaycanlılara mesaj verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, XİN-in "X"dəki səhifəsindəki paylaşımda deyilir:

"Xalqımızın birlik və həmrəyliyinin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq, sabitlik və yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!".

Seçilən
9
15
modern.az

2Mənbələr