AZ

Qrossi BMT nin baş katibi ola bilər

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi BMT baş katibi vəzifəsinə ən güclü namizəddir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki yeni daimi nümayəndəsi Dmitri Polyanski bildirib.

“Rafael Qrossi güclü namizəddir və onun müraciəti baş katib vəzifəsinə seçim prosesini zənginləşdirəcək. Hələlik namizədlik prosesi ilkin mərhələdədir, proqnoz vermək üçün hələ tezdir”, - rusiyalı diplomat deyib.

Argentina noyabrda Rafael Qrossini rəsmi olaraq BMT baş katibi vəzifəsinə namizəd göstərib.

BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq. Seçkilərin gələn ilin iyul ayında keçirilməsi planlaşdırılır. /Teleqraf/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
2
moderator.az

3Mənbələr