Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Peruda qədim İnka şəhəri Maçu-Pikçu istiqamətində hərəkət edən iki sərnişin qatarı toqquşub.Bizim.Media xəbər verir ki, bu barədə Peruya məxsus RPP radiostansiyası məlumat yayıb.Polisin verdiyi məlumata görə, toqquşma nəticəsində əcnəbilər də daxil olmaqla 30-dan çox insan yaralanıb, qatarlardan birinin maşinisti isə həlak olub.
Hazırda polis və dəmir yolu işçiləri sərnişinlərin təxliyəsini həyata keçirir. Sərnişinlərin bir hissəsi dəmir yolunun yaxınlığında baqajları ilə birlikdə təhlükəsiz əraziyə çıxarılıb.
Hadisə yerinə üç boş vaqon, həmçinin tibbi briqadalarla təchiz olunmuş 12 təcili yardım avtomobili göndərilib.Kusko bölgəsinin qubernatoru qəzanın baş verdiyi əraziyə səfər edib.
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.