AZ

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Almaniyada mümkün hərbi münaqişə şəraitində NATO üçün nəzərdə tutulmuş beşmərhələli gizli fəaliyyət planı hazırlanıb.

Paralel.az xəbər verir ki , bu barədə “Politico” qəzeti hökumət sənədinə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniya artıq bu planın birinci mərhələsinin icrasına başlayıb.

Nəşrin bildirdiyinə əsasən, sənəddə potensial təhdidlərin erkən müəyyən edilməsindən tutmuş alyans ölkələrinin kollektiv müdafiəsinə və münaqişədən sonrakı bərpa prosesinə qədər hərbi eskalasiya modeli ətraflı şəkildə əks olunub.
 

Həmçinin qeyd edilir ki, Almaniya artıq eskalasiyanın ilkin mərhələsindədir və ortaq təhdid mənzərəsinin formalaşdırılması, logistika təminatı və qoruyucu tədbirlərin hazırlanması istiqamətində işlər aparır.


Qəzetin yazdığına görə, plana əsasən Almaniya NATO qoşunları üçün əsas tranzit dəhlizi rolunu oynayacaq və alyans qüvvələrinin təchizatı üçün mərkəzə çevriləcək.

Bildirilir ki, bu amil Almaniyanı uzaqmənzilli sistemlərdən istifadə edilən hücumlar üçün prioritet hədəflərdən birinə çevirə bilər.

Seçilən
19
5
paralel.az

6Mənbələr