AZ

Deputat: Hazırda Azərbaycanın qarşısında bu vəzifə durur və  ümid edirəm ki…

 “Bu il təkcə Azərbaycanın deyil, yaranmış şansı düzgün qiymətləndirsələr, məncə, Ermənistanın da tarixinə qızıl hərflərlə yazıla bilər. Burada əlbəttə saxta yox, real tarixdən söhbət gedir. Azərbaycan Prezidentinin regiona gətirdiyi sülh qonşu xalqa ilk dəfədir ki, öz milli maraqlarından çıxış edə biləcək dövlət qurmaq fürsəti yaradıb”.

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

Onun sözlərinə gör, biz oktyabrın ikinci yarısından görürük ki, bu fürsətdən faydalanması üçün Azərbayan Ermənistana dəstəyini də əsirgəmir. “Əlbəttə, bu, indiyədək bizə qarşı edilənləri unutmaq demək deyil. Azərbaycana hansısa güclərin əlində alət olmayan qonşular və geosiyasi subyekt kimi çıxış edə biləcək region lazımdır”, - o  qeyd edib.
Deputat  vurğulayıb ki, İkinci Qarabağ savaşının gedişində olduğu kimi indi də Minsk qrupu həmsədrləri arasında fikir ayrılığı yaratmağı bacarmasaydıq, Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurmasaydıq, nə 8 avqust Vaşinqton anlaşması mümkün idi, nə də mənfur Minsk qrupunun buraxılması. “Azərbaycan yaratdığı bu diplomatik presedentlə də göstərdi ki, indiyədək parçala höküm sür siyasəti yeridənlərin özlərini də parçalamaq mümkündür. Təbii ki, bunun üçün fövqaladə diplomatik bacarıq tələb olunur və bizim liderimizin atdığı addımlarda artıq bir neçə dəfə biz bunu görmüşük”, - o deyib.
Deputat əlavə edib ki, həm savaşı, həm də sülhü udması Azərbaycana böyük strateji üstünlük versə də, post-münaqişə dönəmində köçkünlərin tam və davamlı reinteqrasiyası onların işlə və təhlükəsizliklərinin təmini heç də göründüyü qədər asan məsələ deyil: “Görülən tədbirlər dövlətimizin bunun da öhdəsindən uğurla gələcəyini göstərir. Burada özəlliklə qeyd edim ki, 2025-ci ildə Xankəndi və Laçının da Şuşa kimi beynəlxalq tədbirlərin, hətta zirvə görüşlərinin keçirildiyi şəhərlərimizin sırasında yer almaları, Ağdamdakı sənaye parkında 945 milyon manatlıq məhsul istehsalı qürurverici faktlardır. Laçından söz düşmüşkən, bu il orada Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təcrübəsindən də görürük ki, işğaldan azad olunmuş torpaqlarda təkcə məskunlaşma və infrastruktur quruculuğu getmir, həm də müdafiə potensialı gücləndirilir, revanşizm üçün zəif nöqtələr buraxılmır. Yeri gəlmişkən, Azərbaycanla Türkiyə arasında bu il imzalanan Müdafiə Memorandumu da regional və qlobal risklərin vaxtında qiymətləndirilməsi, birgə təmini baxımından mühüm sənəddir.
Hansı dövrdə yaşadığımızı xatırlatsaq, elə hərbi üstünlüyün qorunub saxlanması baxımından da düzgün innovasiya və rəqəmsal inkişaf strategiyasının necə böyük önəm daşıdığını görməmək mümkün deyil. Mərkəzi Avrasiya və MENA regionları üçün əsas innovasiya platforması sayılan sammitin bu il Bakıda keçirilməsi, ölkəmizin startap ekosistemi reytinqdə regionda ən yüksək nəticə göstərməsi fikrimcə, bu ilin təsirini gələcəkdə daha çox hiss edəcəyimiz uğurlarındadır. 

Hazırda dövlətimizin qarşısında milli uğurun sosial dividentə çevrilməsi vəzifəsi durur və mən ümid edirəm biz burada da uğur qazanacağıq”.

Mürtəza

Seçilən
53
3
olke.az

4Mənbələr