AZ

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Aznews.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.

Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Respublikamızın müdafiə qüdrətinin artırılmasında əldə olunan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və uğurlu antiterror əməliyyatı nəticəsində respublikamızın ərazi bütövlüyü və suveren hüquqları, konstitusiya quruluşu tam təmin olundu.

Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq etdi. Eyni zamanda dövlət başçısının Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi geniş qeyd olundu.

Seçilən
69
27
aznews.az

10Mənbələr