AZ

Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexnikivasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlərhəyata keçirilib.

Trend xəbər verirki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexnikivasitələrin satışı ilə məşğul olan daha 9 nəfər müəyyən olunaraqsaxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effektiyaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışınınqarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
13
5
az.trend.az

10Mənbələr