AZ

Bakıda güclü külək nəticəsində 8 ağac sınıb, daha 12-sinin budaqları qırılıb - YENİLƏNİB

Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Report"a verilən məlumata görə, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.

Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarından bu vaxta qədər paytaxt ərazisində 8 ağac aşıb, daha 12 ağacın budaqları zədələnib.

Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.

Seçilən
47
9
far.az

10Mənbələr