AZ

“Liverpul” “Yuventus”a oyunçu mübadiləsi təklif edə bilər

Bakı. Trend:

“Liverpul” “Yuventus”un cinah oyunçusu Kenan Yıldızla maraqlanırvə mümkün transfer çərçivəsində pul və oyunçu təklifini nəzərdənkeçirir.

Trend "La Gazzettadello Sport"a istinadən xəbər verir ki, “Qoca Sinyora” hücumçuFederiko Kyezanı yenidən kluba qaytarmağa ümid edir və bu amilYıldızın “mersisaydılar”a keçidinin bir hissəsi ola bilər.

Bildirilir ki, “Yuventus” ilkin mərhələdə Kyezanı icarə əsasındaheyətinə qatmağı planlaşdıra bilər.

Qeyd edək ki, Federiko Kyeza 2020–2024-cü illərdə “Yuventus”daçıxış edib, daha sonra “Liverpul”a transfer olunub. Onun İngiltərəklubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazardəyəri 18 milyon avrodur.

Seçilən
38
1
az.trend.az

2Mənbələr