Şəhərimizi keyfiyyətli boyalar ilə boyayan “CMT GROUP”un istehsalı olan "Penguin boyaları" adından sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Evlərinizi boyayan, divarlarınıza rəng qatan, baxan hər kəsin gözünü oxşayan Penguin boyaları kimi, yeni ilin də həyatınıza parlaqlıq, istilik və gözəllik gətirməsini arzulayırıq. Qoy 2026-cı il evlərinizdə işıq, könüllərinizdə sevinc, həyatınızda isə davamlı uğurlar yaratsın.
Birliyimizin və həmrəyliyimizin rəmzi olan bu əlamətdar gündə hər birinizə sağlamlıq, rifah və xoş günlər diləyirik.
Bayramınız mübarək olsun!