AZ

Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 17 faizdən çox artıb

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 148,2 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,5 % az, ilin əvvəlinə nisbətən 5,8 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 20 milyard 513,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 8,5 %, ilin əvvəlinə nisbətən 3,1 %, ötən ilin dekabrın 1-i ilə müqayisədə 17,2 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 58 milyard 748,6 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
3
525.az

3Mənbələr