“Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 19-cu turunda "Bornmut"la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra mətbuat konfransını buraxıb.
Rekord.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis səhhətində kəskin pisləşmə yaşadığı üçün jurnalistlərin suallarını cavablandıra bilməyib.
Onun əvəzinə mətbuat konfransında köməkçi məşqçi Villi Kabalyero iştirak edib.
Kabalyero bildirib ki, Mareska son iki gündür özünü yaxşı hiss etmir və xəstələnib.
Mareskanın vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.