“Şamaxı”nın və U-21 millimizin üzvü Edqar Ədilxanova ölkəxaricindən təklif var.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc oyunçu Ukrayna klublarının diqqət mərkəzindədir. Sözügedən ölkənin 2 yüksək liqa təmsilçisi futbolçu ilə maraqlanıb.
Klublar menecerlər vasitəsilə Ədilxanova təklif göndəriblər. Ancaq millimizin üzvü bundan imtina edib.
Buna səbəb Ukraynada davam edən müharibədir. Həmyerlimiz hazırda bu ölkəyə getməyin uyğun olmadığına qərar verib.
Xatırladaq ki, 20 yaşlı futbolçunun “Şamaxı” ilə gələn mövsümün sonuna qədər müqaviləsi var.
Həsən Quluzadə