AZ

Lerikdə ağır qəza: sürücü sükan arxasında yuxulayıbmış...

Xəbər verdiyimiz kimi, bu gün, saat 08:40-da Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi "Mercedes Vito" mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.

Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən ikisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən avtomobil qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.

Seçilən
40
1
publika.az

10Mənbələr