AZ

Ailə dostundan Talıbovun bacanağına külli miqdarda dələduzluq

Naxçıvan şəhərində "Hell Energy" məhsullarının rəsmi distribyutoru olan "Collabera" MMC-nin sahibi Hümbət Qəhrəmanova qarşı külli miqdarda dələduzluq olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Hümbət Qəhrəmanovun pulunu mənimsəyən Kamal adlı ailə dostu olub.

183 min manatı mənimsəyən Kamal "Hell" içkilərini obyektlərə paylayıb pulu alsa da, məhsulları satdığı adamların adına saxta borc yazıb. Sonradan işin üstü açılıb və Hümbət Qəhrəmanov dostunu hüquq-mühafizə orqanlarına şikayət edib.

Hümbət Qəhrəmanova dəyən zərər sonradan geri ödənilib.

Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladı olub. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub.

Seçilən
71
10
publika.az

10Mənbələr