AZ

Premyer Liqada 101 debüt

Misli Premyer Liqasının 2025/26 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub.

Sportal.az xəbər verir ki, onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.

“Qəbələ” və “Karvan-Yevlax”da daha çox – hərəsində 14 debüt gerçəkləşib. “İmişli” 13, “Kəpəz”, “Neftçi” və “Şamaxı” hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.

“Sumqayıt” 8, “Sabah” 7, “Qarabağ” 6, “Turan Tovuz”la “Araz-Naxçıvan” hərəyə 4 debütanta şans verib. “Zirə”də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.

12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. “Qəbələ” bu göstəricidə liderdir – 5 oyunçu. “Şamaxı”da 4, “İmişli”də 3, “Kəpəz”lə “Karvan-Yevlax”ın hərəsində 2, “Sumqayıt”da 1 azərbaycanlı debüt şansı əldə edib.

 

Say

Komanda

Yerli

Legioner

4

Araz-N

0

4

14

Qəbələ

5

9

14

Karvan-Y

2

12

13

İmişli

3

10

10

Kəpəz

2

8

10

Şamaxı

4

6

10

Neftçi

0

10

8

Sumqayıt

1

7

7

Sabah

0

7

6

Qarabağ

0

6

4

Turan T

0

4

1

Zirə

0

1

101

 

17

84

saytlarin hazirlanmasi

Seçilən
108
12
sportal.az

10Mənbələr