AZ

"Fənərbağça" "Milan"ın hücumçusu üçün təklif göndərib

“Milan”ın hücumçusu Kristofer Nkunku karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Transfermarkt"ə istinadən məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində “Fənərbağça” klubu maraqlıdır. İstanbul nəhəngi fransalı oyunçunun transferi ilə bağlı artıq şifahi təklif irəli sürüb.

Nkunku 2025-ci ilin yayında Londonun “Çelsi” klubundan 37 milyon avro qarşılığında “rossoneri”yə keçib. Futbolçunun Milan təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonunadək qüvvədədir.

Cari mövsümdə İtaliya A Seriyasında 12 oyunda meydana çıxan fransalı hücumçu 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr