AZ

Vəkillər Kollegiyasının üzvləri uşaq sığınacağında yaşayan balacaların bayram sevincini bölüşüblər (FOTO)

Bakı. Trend6

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramıərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK)Qadın Vəkillər Alyansının üzvləri Mehriban Qadın və UşaqSığınacağını ziyarət ediblər.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasınınmətbuat xidməti məlumat yayıb.

Ziyarət zamanı vəkillər sığınacaqda yaşayan uşaqlarla səmimiünsiyyət qurub, onlarla birgə vaxt keçirərək bayram ab-havasınıbölüşüblər. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onlarınsevincinə və mənəvi dəstəyinə xüsusi diqqət göstərilib.

Sığınacağın rəhbəri Mehriban Zeynalova çıxış edərək qonaqlarısalamlayıb, Kollegiyanın sədri Anar Bağırova və Qadın VəkillərAlyansının üzvlərinə uşaqlara göstərilən diqqət və qayğıya görəminnətdarlığını ifadə edib.

Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışındabildirib ki, Alyansın əsas məqsədi sığınacaqda yaşayan uşaqlarayalnız hüquqi biliklərin çatdırılması ilə kifayətlənməyərək, eynizamanda onlara sevgi, inam və gələcəyə ümid aşılamaqdır. O, bu cürsosial təşəbbüslərin davamlı olacağını vurğulayıb.

Ziyarət çərçivəsində Alyans üzvləri UEFA Çempionlar Liqasınınəsas mərhələsinin VI turunda Bakıda keçirilən “Qarabağ” – “Ayaks”(2:4) oyununu Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı ƏkbərZülfüqarovla da görüşüblər. Ona sevimli komandaya aid forma vəxatirə hədiyyələri təqdim olunaraq xüsusi diqqət göstərilib.

Vəkillər
Vəkillər
Vəkillər
Seçilən
77
5
az.trend.az

6Mənbələr