AZ

“Xalq Hərəkatı”nın fəalları Əbülfəz Elçibəyin məzarı önündə

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Xalq Hərəkatının fəalları, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib, abidə önünə çələng qoyublar.

KONKRET.az xəbər verir ki, Dövlət Himninin oxunmasından sonra tədbirin təşkilatçısı, Bəhram İsmayıl sərhəd hərəkatının yaranması və Əbülfəz Elçibəyin Bütöv Azərbaycan mübarizəsi haqda qısa məlumat verib.

Daha sonra sərhəd hərəkatının təşkilatçıları və öncülləri Mirhadi Yusifli, Fərəc Ulusoy, Səyavuş Mustafayev,, tanınmış jurnalist-bloger Rayət İmaməliyev və başqaları o dövrün hadisələrini yada salıb, xalqın bütövlük hərəkatı və Elçibəyin fəaliyyəti haqqında düşüncəlırini bölüşüblər.

Tədbir xatirə fotolarının çəkilməsi ilə başa catıb.

Natiq Səlim

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
konkret.az

2Mənbələr