Bakıda restoranda yanğın olub.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.