Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəkillərini paylaşıb.
Ölkə.az modern.az-a istinadən xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır.
Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar.
Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.
Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta