AZ

Moskva klubu “Fənərbağça”ya yeni təklif göndərdi: Aydına görə

Moskvanın ÇSKA klubu Oğuz Aydın üçün “Fənərbaxça”ya yeni təklif göndərib.

Publika.az xəbər verir ki, “qırmızı-göylər” 25 yaşlı qanad oyunçusunu 5,5 milyon avroluq alış-veriş bəndi ilə 550.000 avroya icarəyə verməyə hazırdır. Jurnalist Yağız Sabuncuoğlunun “X” sosial media səhifəsində verdiyi məlumata görə, Rusiya klubu hazırda Türkiyə tərəfindən cavab gözləyir.

Daha əvvəl İvan Karpov məlumat vermişdi ki, tərəflər CSKA-nın oyunçunu 500.000 avroya icarəyə götürəcəyi və 5 milyon avroya satın alma opsiyası ilə transfer edəcəyi barədə razılaşma bağlamağa yaxındırlar.

Aydın bu mövsüm bütün yarışlarda 24 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.

Seçilən
48
20
publika.az

10Mənbələr