AZ

“Air China” "Airbus"dan 9,5 milyard dollarlıq 60 "A320neo" təyyarəsi alır

Bakı. Trend:

Çinin “Air China” aviaşirkəti Avropa aerokosmik şirkəti “Airbus”ilə ümumi dəyəri təxminən 9,5 milyard dollar olan 60 ədəd “A320neo”tipli təyyarənin alınmasına dair müqavilə imzaladığınıaçıqlayıb.

Trend-inməlumatına görə, bu barədə şirkətin mətbuat açıqlamasındabildirilir.

Məlumata əsasən, sözügedən təyyarələrin 2028–2032-ci illərarasında mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, çərşənbə axşamı "China Aircraft Leasing" şirkətiBritaniya Virgin Adalarında yerləşən törəmə şirkəti CALC vasitəsilə“Airbus”dan 30 ədəd A320neo təyyarəsi almağa razılaşdığını elanedib. Bundan bir gün əvvəl isə Çinin "Spring Airlines" və "JuneyaoAirlines" aviaşirkətləri müvafiq olaraq 30 və 25 ədəd A320təyyarəsi almaq planlarını açıqlayıblar.

Seçilən
55
1
az.trend.az

2Mənbələr