AZ

Elektrik və qazla bağlı tətbiq olunacaq 1manatlıq tarif nədir?

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.

Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə bir manat, üçfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə bir manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib. Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Seçilən
78
49
azpost.info

10Mənbələr