AZ

Sumqayıtda güclü külək fəsadlar törədib

Sumqayıt şəhərində güclü külək fəsadlar törədib.

Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, 19-cu məhəllədə qurumuş ağac aşıb.

"Aşan ağacın bir budağı 9/20-ci binada qaz borusunun, digər budağı isə su borusunun üzərinə aşıb. Nəticədə eyvanda olan qaz sayğacının qutusu qırılıb", - deyə məlumatda bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhəri İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.

"Müvafiq tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Seçilən
83
1
cebheinfo.az

2Mənbələr