AZ

Lukaşenko Putini niyə Afrikaya getməyə qoymadı? Şok səbəb

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Aleksandr Lukaşenko bildirib ki, Vladimir Putini Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitinə getməməsi barədə əvvəlcədən xəbərdarlıq edib. Səbəb kimi prezidentin təhlükəsizliyinə yönəlmiş mümkün sui-qəsd riskini göstərib.

Globalinfo.az xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Putinlə söhbətində davam edən müharibəni və təhlükəsizlik risklərini əsas gətirərək səfərdən imtina etməyi məsləhət görüb:

— Hara gedirsən?

— Məgər bilmirsən? BRİKS sammitinə.

— Ora uçmaq fikrin var?

— Məni orada gözləyirlər.

— Axı müharibə gedir.

— Onlar o qədər də dəli deyillər.

— Səncə, orada hamının ağlı başındadır? Bu sənin sahəndir, çekistsən, amma ora getməyə dəyməz”, – tərəflər arasında bu cür səmimi dialoq keçib.

Lukaşenkonun iddiasına görə, Belarus kəşfiyyatı Rusiya prezidentinə qarşı terror aktının hazırlandığı barədə məlumatlara malik olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr