AZ

Bu ritualları etsəniz Yeni iliniz uğurlu gələcək

Yeni İl dünyanın bir çox ölkəsində yalnız təqvim dəyişikliyi deyil, həm də yeni ümidlər, arzular və inanclarla müşayiət olunan xüsusi bir gecə kimi qeyd olunur.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif xalqlar Yeni ili qarşılarkən uğur, sağlamlıq və bolluq gətirdiyinə inanılan maraqlı rituallar həyata keçirir.

Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

İspaniya:
İspaniyada Yeni İl gecəsi saatlar 12-ni vurarkən 12 üzüm dənəsi yemək ənənəsi var. Hər üzüm ilin bir ayını simvolizə edir və bu ritualın il boyu uğur gətirdiyinə inanılır.

İtaliya:
İtaliyada Yeni İl gecəsi qırmızı rəngli alt paltarı geyinmək məşhurdur. Bu adətin sevgi və şans gətirdiyi düşünülür. Bəzi bölgələrdə köhnə əşyaların pəncərədən atılması da köhnə problemlərlə vidalaşmaq mənasını daşıyır.

Yaponiya:
Yaponiyada məbədlərin zəngləri Yeni İl gecəsi 108 dəfə çalınır. Bu rəqəm insanın mənfi duyğularını simvolizə edir və zəng səslərinin insanları pis hisslərdən təmizlədiyinə inanılır.

Braziliya:
Braziliyada insanlar Yeni İl gecəsi ağ paltar geyinərək dəniz kənarına gedir, dalğaların üzərindən tullanır və arzular tutur. Bu ritualın yeni ildə uğur və xoşbəxtlik gətirdiyi düşünülür.

Filippin:
Filippində Yeni İl bolluq ili olması üçün dairəvi formalı meyvələr süfrəyə düzülür. Dairə zənginlik və davamlılığı simvolizə edir.

Türkiyə və Azərbaycan:
Bəzi ailələr Yeni İl gecəsi evin bərəkətli olması üçün nar dənələrini yerə səpir, qapıdan ilk girənin uğurlu insan olmasına diqqət yetirirlər.

Mütəxəssislər qeyd edir ki, bu cür ritualların əsas məqsədi insanlara psixoloji rahatlıq vermək və yeni ilə pozitiv düşüncə ilə başlamağa kömək etməkdir.
 

Seçilən
68
1
unikal.az

10Mənbələr