ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Traktor” yenə də qələbə qazana bilmədi. Təbriz təmsilçisi İran çempionatının 15-ci turunda “Malavan”la heç-heçə etdi – 0:0.İran Futbol Federasiyasının qərəzdə ittiham edən “Traktor”da vəziyyət heç də yaxşı deyil. 15 oyundan sonra mümkün 45 xalın, demək olar ki, yarısını - 23 xal toplayan çempion bir oyun az keçirən lider “Sepehan”dan 8 xal geri qalır.Qeyd edək ki, Skoçiçin komandasının dünənki rəqibinin də 22 xalı var.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.