AZ

Çinin şirkəti bir milyondan çox elektrik avtomobili istehsal edib

Çinin "Dongfeng Motor Corp." şirkəti illik istehsal hədəfinə - 1 milyon yeni enerji avtomobili (NEV) istehsal etməyə çatıb.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu mərhələyə lüks hibrid "SUV M-Hero" istehsal edən zavodda çatıldığını və 10.000-ci "M817" modelinin konveyerdən çıxdığını açıqlayıb.

"Dongfeng" Çinin ən böyük üç dövlət avtomobil istehsalçısından biridir. Onun portfelinə müxtəlif bazar seqmentlərini hədəf alan "Voyah", "M-Hero", "eπ" və "Nanobox" elektrik avtomobilləri daxildir.

Şirkətin məlumatına görə, bu il "M-Hero" elektrik avtomobillərinin satışları təxminən dörd dəfə, "Voyah" satışları isə təxminən iki dəfə artıb.

Seçilən
74
2
olke.az

3Mənbələr