Bu gün saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Aznews.az xəbər verir ki, Bu barədə Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (2 nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.