AZ

Abşeronda sakin dəm qazından boğularaq ölüb

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

News365.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
57
9
news365.az

10Mənbələr