AZ

Türkiyəli müğənni Yusuf Güneyin narkoloji analiz nəticəsi açıqlandı

Ajans.az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir. Bildirilir ki, ifaçının saçından alınan nümunələrdə onun kokaindən istifadə etdiyi müəyyənləşib. Xatırladaq ki, Yusuf Güney sözügedən təhqiqat çərçivəsində dekabrın 22-də saxlanılmışdı.

Qeyd edək ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilir. İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində bir çox məşhura qarşı məhkəmə prosesi başlanıb.

Seçilən
34
3
Ajans.az

2Mənbələr