AZ

Ronaldo yalnız bir fakta görə məyus oldu

Kriştiano Ronaldo 2025-ci ildə də məhsuldar çıxışını davam etdirib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in kapitanı ili klub və milli komandada ümumilikdə 41 qolla başa vurub. Lakin portuqaliyalı hücumçu 2009-cu ildən sonra ilk dəfə bir təqvim ilində het-trik edə bilməyib.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-İttifaq”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda növbəti qolunu vurub. Bu qol 40 yaşlı hücumçunun peşəkar karyerasında 957-ci olub. 

Ronaldo Pro Liqanın cari mövsümündə 11 oyunda 13 dəfə qapını dəqiq nişan alıb.

Seçilən
38
39
football-plus.az

10Mənbələr