AZ

Ştayner: “Ferstappen Fetteldən fərqli liqadadır”

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Haas” komandasının keçmiş rəhbəri Günter Ştayner dünya çempionları Maks Ferstappen və Sebastian Fetteli müqayisə edib.

İdman.Biz bildirir ki, Ferstappen və Fettel hərəyə dörd dəfə çempion olublar.

“Fettel həmişə dominant maşında olub, amma Maks onsuz da qalib gələ biləcəyini göstərib. Əminəm ki, “Red Bull” bu il ən yaxşı maşın deyildi. Keçən il də, amma Maks o zaman qalib gəldi və bu il ikinci yeri tutdu.

Fettelə nə qədər hörmətim varsa, deməzdim ki, Fettel “Ferrari”yə gələndə vəziyyəti dəyişə bilib. Bəli, o, yarışlarda qalib gəldi, amma bu, Mixael Şumaxerin uğur hekayəsi deyildi. Maks sadəcə Fetteldən fərqli bir liqadadır”, - deyə “Motorsport” Ştaynerin sözlərini sitat gətirir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
1
icma.az

2Mənbələr