AZ

“2027” Usman Nurməhəmmədov sosial şəbəkədə sirli post paylaşıb

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

27 yaşlı məğlubedilməz rusiyalı döyüşçü və yüngül çəkidə hazırkı PFL çempionu Usman Nurməhəmmədov sosial media səhifəsində gələcəkdə UFC-yə keçə biləcəyinə işarə edən status paylaşıb.

“2027” - Usman Nurməhəmmədov əmisi oğlu Həbib Nurməhəmmədovla birlikdə çəkdirdiyi videoya şərhində yazıb.

İdman.Biz xatırladır ki, Nurməhəmmədov MMA karyerasına 2017-ci ildə başlayıb və 20 dəfə döyüşüb, hamısında qalib gəlib. Bu döyüşlərdən səkkizi texniki nokautla, altısı boğma üsulu ilə, daha altısı isə yekdil qərarla başa çatıb.

Nurməhəmmədovun son üç döyüşü hakimlərin qərarına əsasən qələbə sayılıb.

7 fevralda Nurməhəmmədov (20-0) BƏƏ-nin Dubay şəhərində keçiriləcək turnirdə britaniyalı Devisə (17-5-1) qarşı PFL titulunu müdafiə edəcək. Bu, 2024-cü ilin noyabr ayında kəməri qazanan rusiyalı üçün ilk müdafiə olacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
1
icma.az

2Mənbələr