AZ

Fədayə Tacirin adını göməzdən gəldi VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Fədayə Laçının sosial şəbəkədəki canlı yayımı diqqətdən yayınmayıb.

Milli.Az xəbər verir ki, sənətçi "İnstagram" hesabında izləyiciləri ilə canlı bağlantı qurub. Yayım zamanı tamaşaçılar onun keçmiş duet ortağı Tacir Şahmalıoğlunun adının çəkildiyi anlarda mövzunu dəyişdiyini və suallara cavab verməməyə üstünlük verdiyini qeyd ediblər. Fədayə Laçının bu davranışı izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə müxtəlif müzakirələrə yol açıb.

Bəzi istifadəçilər bunu təsadüfi hal kimi qiymətləndirsə də, digərləri sənətçilər arasında hansısa incikliyin ola biləcəyini ehtimal edirlər. 

Qeyd edək ki, Fədayə Laçın və Tacir Şahmalıoğlu bir vaxtlar duet ortağı kimi birgə fəaliyyətləri ilə tanınırdılar. Canlı yayımda yaşanan bu məqam isə onların münasibətləri ilə bağlı yeni suallar doğurub.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
news.milli.az

3Mənbələr