Afrika Millətlər Kuboku-2025-də qrup mərhələsinin 3-cü turunun son oyun günü başa çatıb.
QOL.az xəbər verir ki, turun yekunlarına əsasən turnirin 1/8 final cütlükləri bəlli olub.
Beləliklə, 1/8 final mərhələsinə aşağıdakı milli komandalar yüksəlib:
Mərakeş, Mali, Misir, CAR (Cənubi Afrika Respublikası), Nigeriya, Tunis, Seneqal, Konqo DR, Əlcəzair, Burkina-Faso, Fil Dişi Sahili, Kamerun, Benin, Sudan, Mozambik və Tanzaniya.
1/8 final cütlükləri:
Seneqal — Sudan
Mali — Tunis
Mərakeş — Tanzaniya
CAR — Kamerun
Misir — Benin
Nigeriya — Mozambik
Əlcəzair — Konqo
Fil Dişi Sahili — Burkina-Faso
Qeyd edək ki, 1/8 final oyunları 3–5 yanvar tarixlərində keçiriləcək.
Xatırladaq ki, Afrika Millətlər Kuboku-2025 Mərakeşdə təşkil olunur. Turnirdə 24 milli komanda iştirak edir və yarış 18 yanvar tarixinədək davam edəcək. Hazırkı çempion Fil Dişi Sahili millisidir. Fil Dişi Sahili yığması 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub etmişdi.