AZ

"Neftçi"nin futbolçusu Misirə qarşı oynayacaq?

style='margin-bottom:10px;'>

Afrika Millətlər Kubokunun qrup mərhələsində Botsvana ilə görüşdə zədələnən Benin millisinin və "Neftçi"nin futbolçusu Sessi D`Almeydanın durumu bəlli olub.

QOL.az xəbər verir ki, millinin baş məşqçisi Gernot Rohr Misirllə bu gün keçiriləcək 1/8 final oyunu üçün təşkil edilən mətbuat konfransında  D`Almeyda ilə bağlı danışıb.

O deyib ki, 30 yaşlı yarımmüdafiəçi artıq zədəsini sağlatdıb və sıraya dönüb: "Sessi d'Almeida yarımmüdafiəyə qayıdacaq, amma kapitanımız və hücumçumuz Stiv Muniyenin oynaya bilməyəcəyi ehtimalı var" - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün keçiriləcək Misir - Benin matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 

Seçilən
93
14
teleqraf.com

10Mənbələr