İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində videotəbrik ünvanlayıb.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq”.