AZ

“Avatar” kino tarixində rekorda imza atdı

Rejissor Ceyms Kemeronun “Avatar” filmi kino tarixində ən çox gəlir gətirən trilogiya olub.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, üç filmin ümumi gəliri 6 milyard dollardan çoxdur. Bu nəticəyə üçüncü hissə olan “Alov və Kül”ün uğuru nail olub. Film dünya üzrə 760 milyon dollardan çox qazanc əldə edib.

2009-cu ildə çıxan “Avatar”ın birinci hissəsi hələ də bütün zamanların ən çox gəlir gətirən filmi olaraq qalır. Dünya üzrə gəliri 2,9 milyard dollardan çoxdur. “Avatar”ın ikinci hissəsi isə 2,3 milyard dollarla üçüncü yerdədir.

Əvvəlki rekord isə “Ulduz müharibələri”nin üçlüyü — “Qüvvənin Oyanışı”, “Son Jedi” və “Skywalker: Yüksəliş” filmlərinə aid idi. Onların ümumi gəliri təxminən 4,4 milyard dollar təşkil edirdi.(axsam.az)

Seçilən
90
10
olke.az

10Mənbələr