Günəşdə M7.1 səviyyəli güclü partlayışı baş verib.
AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Mütəxəssislər hələlik mümkün geomaqnit qasırğası barədə xəbərdarlıq etməyiblər.
Günəş aktivliyinin 2026-cı ildə də davam edəcəyi gözlənilir.