AZ

Bu ildən hibrid və elektromobillərin idxal və satışından ƏDV tutulacaq

Bakı. Trend:

Bu gündən elektromobillərin idxal və satışından ƏDVtutulacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Belə ki, 2019-cu il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dəkyalnız elektrik mühərriki ilə işləyənavtomobillərin idxalı, 2022-ci il yanvarın 1-dən 2025-ciil dekabrın 31-dək isə idxalı və satışı ƏDV-dən azad idi.

Qanunda bu güzəştin müddətinin uzadılması ilə bağlı hərhansı müddəa yer almayıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənayeparklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı)məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamışyalnız elektrik mühərriki ilə işləyən avtobuslarınidxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmişhəmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqlasatışı 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azadedilib.

Bununla yanaşı, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibridavtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən4 il müddətinə ƏDV-dən azad idi.

Qanunda bu güzəştin də müddətinin uzadılması ilə bağlı hərhansı müddəa yer almayıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
88
az.trend.az

1Mənbələr