AZ

Tramp bəzi mebel növlərinə tarif artımını bir il təxirə salıb

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bəzi mebel növlərinə, o cümlədən mətbəx mebellərinə tarif artımının bir il müddətinə təxirə salınması barədə göstəriş verib."Report"un Ağ Evin dərc etdiyi sənədə istinadən verdiyi məlumata görə, ABŞ 2026-cı il yanvarın 1-dən bu məhsullar üçün əvvəllər 25% müəyyən edilmiş tarif dərəcəsini artırmağı planlaşdırıb.Bəzi mebel növləri üzrə tariflərin 30%-ə, digərlərində isə 50%-ə qədər artırıla biləcəyi gözlənilirdi.Vaşinqton administrasiyası ABŞ-a mebel tədarük edən bir neçə ölkə ilə davam edən ticarət danışıqlarının məhsuldar olduğuna inanaraq bunun əleyhinə qərar verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
demokrat.az

3Mənbələr